close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanası Qazaxıstan Respublikası Akademik Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilən beynəlxalq dəyirmi masada təmsil olunub

23-10-2025

23 oktyabr 2025-ci il tarixində Azərbaycan Milli Kitabxanası Qazaxıstan Respublikası Akademik Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilən “Mədəni diplomatiya: vətənpərvərlik və vətəndaşlıq kimliyinin formalaşmasında kitabxanaların rolu” adlı beynəlxalq dəyirmi masada təmsil olunub.

Müzakirələr zamanı kitabxanaların mədəni diplomatiya institutları kimi vətənpərvərlik və vətəndaşlıq kimliyinin formalaşmasındakı əhəmiyyəti vurğulanıb, kitabxanalar həm qlobal dəyişikliklər şəraitində inkişafın perspektiv yollarını araşdıran, həm də mədəniyyətlərarası əməkdaşlığı gücləndirən mərkəzlər kimi qiymətləndirilib.

Tədbirdə humanitar, elmi əməkdaşlığın inkişafına və ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə istiqamətlənmiş fikir mübadiləsi aparılıb, müasir təşəbbüslər irəli sürülüb.

icon

Foto qalereya