close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanası Sofiya şəhərində Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Milli Kitabxanasının yaranmasının 140 illik yubileyi münasibətilə təşkil olunmuş “Könüllü ianə dəstəyi və ianə mədəniyyəti” adlı Beynəlxalq Elmi Konfransda ölkəmizi

11-12-2018

10-11 dekabr 2018-ci il tarixində Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Milli Kitabxanasında kitabxananın yaranmasının 140 illik yubileyi münasibətilə “Könüllü ianə dəstəyi və ianə­­ mədəniyyəti” adlı Beynəlxalq Elmi Konfrans keçirilib.

Tədbirdə  tanınmış mədəniyyət xadimləri, həmçinin ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Albaniya Respublikasının Bolqarıstandakı səfiri Donika Hoxha və digər səlahiyyətli şəxslər iştirak ediblər.

Əvvəlcə kitabxananın direktoru prof. Krasimira Aleksandrova tədbiri açaraq bütün qonaqları salamlayıb. Latviya Milli Kitabxanasının icraçı direktoru Dzintra Mukane, Kitabxanaşünaslıq və İnformasiya Texnologiyaları Universitetinin professoru Aleksandra Kumanova və doktor Nikolay Vasilev, Bolqarıstan Dövlət Arxiv Agentliyinin sədri prof. Mixail Qruev və agentliyin eksperti doktor Milena Todorakova, Ortodoks bloq “Dobrotolyubie”-nin baş redaktoru Angel Karadokov, Bosniya və Herseqovina Milli və Universitet Kitabxanasının direktoru İsmət Ovcina, Macarıstan Milli Kitabxanasının Beynəlxalq və mədəni əlaqələr şöbəsinin müdiri Peter Antalflay, kitabxananın arxivisti prof. Milkana Boşnakova, Müqəddəs Kliment Orxidskiy Sofiya Universitetinin professoru Aleksandr Dimçev, Varna “Penço Slaveykov” Regional Kitabxananın baş kitabxanaçısı Kristiana Dimçeva, Yunanıstan Milli Kitabxanasının baş direktoru doktor Filippos Tsimpoglou, Rumıniya Milli Kitabxanasının Marketinq və kommunikasiyalar şöbəsinin kitabxanaçısı Letitia Konstantin, Xüsusi kolleksiyalar şöbəsinin müdiri doktor Anca Andreescu, Ukrayna Boqdan Kmelnitski adına Dövlət Pedaqoji Universitetinin professoru Sergey Paçev və digərləri müxtəlif mövzularda maraqlı məruzə və təqdimatlarla çıxış edib, müzakirələr aparıblar.

Ölkəmizi Azərbaycan Milli Kitabxanasının direktor müavini, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova təmsil edib. O, əvvəlcə Müqəddəs Kiril və Metodiy adına Bolqarıstan Milli Kitabxanasının rəhbərliyini və əməkdaşlarını kitabxananın yaranmasının 140 illik yubileyi münasibətilə təbrik edib.

Direktor müavini “Azərbaycan  Milli   Kitabxanası Azərbaycan  xalqının  milli  sərvətidir” adlı məruzə və təqdimat ilə çıxış edib, Azərbaycanın mədəniyyəti ilə bağlı nəfis tərtibatlı kitabı kitabxanaya hədiyyə edib.

Konfransın ikinci günü 2 bölmədə çıxışlar davam edəcək, Bolqarıstan Elmlər Akademiyasının Mərkəzi Kitabxanası, Tarix Elmləri İnstitutu, Etnologiya Muzeyi, Ruse “L.Karavelov” Regional Kitabxanası, Shumen “Stiliyam Çilingirov” Regional Kitabxanası, Plovdiv Regional Tarix Muzeyi və digər elmi müəssisələrin əməkdaşları muzeylərdə ianə kompaniyaları, hədiyyələr, bibliofillər, müasir mədəni filantropiya, donorların axtarılması, kitabxanaların fandrayzinq fəaliyyəti, kitabxanalar və biznes, könüllülük və xeyriyyəçilikdə təşəbbüslər, rəqəmsal ianələr, ianələr mədəni kolleksiyaların yaradılmasında vacib faktor kimi, kitab sərgilərində ianələrvə s. uyğun mövzularda məruzələr ediblər.

Ədibə İsmayılova həmçinin ölkəmizin Bolqarıstandakı Səfirliyində olaraq xanım səfir Nərgiz Qurbanova ilə görüşüb, iki ölkənin milli kitabxanaları arasındakı mədəni əlaqələrdən və gələcək işlərdən danışıblar. Direktor müavini səfirimizə mədəniyyətimiz ilə bağlı kitablar hədiyyə edib.