close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasında “Azərbaycan teatrı bu gün”adlı kitab sərgisi açılmışdır

10-03-2020

Azərbaycan Respublikası Prezidentinin “Milli Teatr Günü”nün təsis edilməsi haqqında 1 mart 2013-cü il tarixli Sərəncamına uyğun olaraq 10 mart hər il respublikamızda Milli Teatr Günü kimi qeyd olunur. Bu münasibətlə mart ayının 10-da Azərbaycan Milli Kitabxanasında ənənəvi olaraq hər il olduğu kimi bu il də “Azərbaycan teatrı bu gün” başlığı altında geniş  tərtibatda  kitab sərgisi açılıb. Sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş Azərbaycan teatrı, teatr tarixi, teatrşünaslar, Azərbaycan teatr səhnəsinin məşhur simaları, teatr tarixində mühüm yer tutmuş görkəmli aktyorlar, ümumilikdə teatr sənətimizin inkişafında xüsusi xidmətləri olmuş şəxsiyyətlər haqqında ədəbiyyat  nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.