close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasında Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydy ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirovla görüş keçirilmişdir

08-01-2015

2015-ci il yanvar ayının 8-də M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydy ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirovla görüş keçirilmişdir. İşgüzar məqsəd daşıyan görüşdə Azərbaycan və Misir respublikalarının qarşılıqlı mədəni əlaqələrindən, Azərbaycan Milli Kitabxanası ilə Misir Milli Kitabxanasının uzun illər davam edən səmərəli əməkdaşlığından söhbət açılmış və bu əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilmişdir. Daha sonra Misir Ərəb Respublikasının Mədəniyyət Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydy ərəb dilində müxtəlif mövzularda olan beş minə yaxın kitabların elektron versiyasını və Misir Ərəb Respublikasının mədəniyyətini əks etdirən kitabları hədiyyə olaraq Milli Kitabxananın direktoru, cənab Kərim Tahirova təqdim etmişdir.