close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov Rusiya Dövlət Kitabxanasında Avrasiya Kitabxanalar Asssambleyası üzvlərinin növbəti 21-ci ümumi iclasında iştirak etmişdir

05-12-2018

5 dekabr 2018-ci il tarixində Rusiya Dövlət Kitabxanasında Avrasiya Kitabxanalar Asssambleyası üzvlərinin növbəti 21-ci ümumi iclası keçirilmişdir. Tədbirdə Azərbaycan Milli Kitabxananın direktoru, Avrasiya Kitabxanalar Asssambleyasının vitse prezidenti prof. Kərim TahirovMDB-yə üzv dövlətlərin milli kitabxanalarının direktorları iştirak etmişdir.

İclasda Assambleyanın cari fəaliyyətinin, kadr məsələlərinin və yaxın 2 il üçün inisiativlər müzakirə olunmuşdur.

İclasın gündəliyinə əsasən 2018-ci il üçün baş direktorun hesabatı dinlənilmiş, maliyyə hesabatı, üzvlük haqlarının həcmi təsdiq edilmiş, MDB-yə üzv dövlətlərin milli kitabxanalarının əsas istiqamətlər üzrə birgə fəaliyyət strategiyası, vahid biliklər mühitinin qurulması, fondların formalaşdırılması və inkişafı, kitab abidələri ilə iş, kütləvi kitabxanalar şəbəkəsinin inkişafı, professional tədris proqramlarının işlənməsi  istiqamətləri üzrə müzakirələr olmuşdur. Diskusiyaların nəticələrinə əsasən müzakirə olunmuş strategiya üzrə təkliflər formalaşdırılmışdır.

Sonda 2019-2022-ci illər üçün Avrasiya Kitabxanalar Assambleyasının baş direktoru vəzifəsinə seçkilər olmuş, XXII ümumi iclasın keçirilmə yeri və vaxtı müəyyənləşdirilmişdir.

Həmçinin MDB-nə üzv ölkələrin Kitabxanalararası abonement üzrə Bölməsinin 9-cu yığıncağı baş tutmuşdur. Yığıncaqda səlahiyyətli nümayəndələrin siyahısı, 2019-cu il üçün Bölmənin tədbirlər planı təsdiq edilmiş, Bölmənin hesabatına baxılmışdır.