close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasının əməkdaşları Rusiya Federasiyasında keçirilən Beynəlxalq Gənclər Forumunda iştirak ediblər

26-04-2023

25-26 aprel tarixlərində Azərbaycan Milli Kitabxanasının əməkdaşları Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Сохраним историческую правду для будущих поколений” adlı Beynəlxalq Gənclər Forumunda iştirak ediblər. Tədbir A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun iştirakı ilə Rusiya Dövlət Kitabxanası və Avrasiya Kitabxanalar Assambleyası tərəfindən təşkil olunub.

Tədbirdə Azərbaycan Milli Kitabxanasının əməkdaşları “Böyük Qələbə: 1941-1945”  adlı elektron məlumat bazası ilə çıxış ediblər.

Beynəlxalq Gənclər Forumunda Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və başqa ölkələrdən 30-a yaxın nümayəndə iştirak edib.