close
icon E-kataloq və kitabxana

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş “Naxçıvan-90” kitabının təqdimat mərasimi

22-10-2014

Oktyabr ayının 22-də Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş “Naxçıvan-90” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamladı. Sonra söz Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevə verildi. O, Naxçıvanın tarixi haqqında geniş danışdı.

Çıxışçılar Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Təhsil Nazirinin müavini Firudin Qurbanov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, MM-nin üzvləri Eldar İbrahimov, Elmira Axundova Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının milli dövlətçilik tariximizin elmi, ədəbi-mədəni irsimizin formalaşmasında, zənginləşməsində mühüm rol oynadığından, şəhərsalma mədəniyyətinin 5 min il yaşının faktlarla sübut edildiyindən və s. məsələlərdən danışdılar.

Tədbirin sonunda iştirakçılar “Naxçıvan-90” adlı geniş kitab sərgisi ilə tanış oldular. Sərgidə Naxçıvanın tarixi, mədəniyyəti, incəsənəti, təbiəti, təhsili, səhiyyəsi, arxeologiyası, ədəbi mühiti, görkəmli şəxsiyyətləri, ümummilli lider heydər Əliyev cənablarının Naxçıvanın ictimai siyasi həyatında, inkişafında rolu haqqında 150-dən artıq kitab öz əksini tapmışdır.