close
icon E-kataloq və kitabxana

Azərbaycan Respublikasının Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin mütəxəssisi Milli Kitabxanada olublar

07-07-2023

İyulun 7-də Azərbaycan Respublikasının Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Özbəkistan Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Bakhrom Usmonov, həmin nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin mütəxəssisi Khamroz Dekhkonov Azərbaycan Milli Kitabxanasında olublar. Milli Kitabxananın direktoru prof. Kərim Tahirov qonaqları qəbul edib.

Avqustun 1-3-ü tarixlərində Azərbaycanda  Özbəkistan Mədəniyyət günləri keçiriləcəkdir və günlər çərçivəsində görkəmli özbək ədibi, yazıçısı Abdulla Qədirinin Azərbaycan dilinə tərcümə olunaraq nəfis tərtibatda hazırlanmış “Ötən günlər” kitabının təqdimatı olacaq. Avqustun 2-də baş tutacaq bu təqdimatın Azərbaycan Milli Kitabxanasında olması planlaşdırılır. Bununla əlaqədar qonaqlar Milli Kitabxanada olub və təqdimatın keçiriləcəyi zalla yaxından tanış olublar. Görüş zamanı təqdimatının keçirilməsi ilə bağlı təfərrüatlar müzakirə olunub.

Qonaqlar səmimi qəbul üçün Azərbaycan Milli Kitabxanasının direktoruna təşəkkürünü bildirərək, görüşdən çox məmnun olduqlarını qeyd ediblər.

Görüşün sonunda qonaqlara “Azərbaycanın Milli Kitabxanası.Fotoalbom”, “Shusha star of Karabagh”, “Azərbaycanın Xəritəsi”, “Salam Azərbaycan” və “Azərbaycan xalçaları dünya kolleksiyalarında”  kitabları hədiyyə olunub.

 

icon

Foto qalereya