close
icon E-kataloq və kitabxana

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə “Aytam” uşaqların mədəni maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə “1918-ci il azərbaycanlıların soyqırımı həqiqətlərinin gənclər arasında təbliğinin

02-11-2018

Noyabr ayının 2-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə "Aytam" uşaqların mədəni maarifləndirilməsi İctimai Birliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə "1918-ci il azərbaycanlıların soyqırımı həqiqətlərinin gənclər arasında təbliğinin təşkili" layihəsi çərçivəsində tədbir keçirilmişdir.

Tədbiri  “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlı açaraq. layıhə haqqında məlumat vermişdir. 
Tədbirdə polkovnik Hamlet İsmayılov,  polkovnik Arif Əliyev, şair-publisist Zərəngiz Dəmirçi çıxış edərək 1918-ci ilin 30 mart - 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı cinayətləri haqqında məlumat vermişlər. 
Tədbirdə Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyinin sədri Mikayıl Həsənli və 45 saylı məktəbin şagirdləri və tarix müəllimələri iştirak etmişlər.