close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “ 2 Avqust – Azərbaycan Kinosu Günü “ adlı virtual sərgi onlayn rejimdə isdifadəçilərə təqdim edilib.

02-08-2022

2 Avqust – Azərbaycanda Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Ümumilli lider Heydər Əliyevin 18 Dekabr 2000-ci il tarixində imzaladağı sərəncam ilə avqustun 2-si kinoişçilərinin peşə bayramı – Azərbaycan Kinosu günü elan edillib.

Kino, film həyat hadisələrinin sənədləşdirmə vasitəsidir. Kinematoqrafiya həyat həqiqətlərini dəqiqliklə özündə əks etdirir, həmçinin qoruyub saxlayır. Azzərbaycan kinosunun təşəkkül tapmasında mütərəqqi düşüncəli yaradıcı insanların, görkəmli incəsənət xadimlərinin rolu böyükdür.

İllər ötdükcə nəsillər bir-birini əvəz edir. Yaşlı nəsil peşə biliklərini gənc nəslə ötürərək milli kino tariximizi zənginləşdirən, baxımlı, uğurlu, rəğbğt qazanan ekran əsərləri yaradıblar.

Azərbaycan Kinosu Günü münasibətilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “ 2 Avqust – Azərbaycan Kinosu Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycan Kinosunun tarixini əks etdirən sənədlər, görkəmli şəxslərin kino tariximiz haqqında olan fikirləri, fotolar, Azərbaycan kinosunun tarixini əks etdirən kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər  http://anl.az/el/vsb/Milli_kino_gunu/index.html  linkindən istifadə edə bilərlər.