close
icon E-kataloq və kitabxana

"Milli-mənəvi dəyərlərin Vətənə qayıdışı" layihəsi üzrə Azərbaycana gətirilmiş klassiklərimizin əlyazmalarının sərgisinin təqdimatı keçirilib

03-10-2025

3 oktyabr tarixində Milli Kitabxana tərəfindən XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Azərbaycan Milli Kitabxanasının, Heydər Əliyev Fondu və Azərbaycan  Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi "Milli-mənəvi dəyərlərin Vətənə qayıdışı" layihəsi üzrə Azərbaycana gətirilmiş klassiklərimizin əlyazmalarının sərgisinin təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov, Qətər Dövlətinin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani iştirak ediblər.

Təqdimat zamanı Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Azərbaycan xalqına məxsus milli-mənəvi dəyərlərin dünya kitabxanalarında və muzeylərində qorunub saxlanıldığını bildirib. Direktor sərgidə "Milli-mənəvi dəyərlərin Vətənə qayıdışı" layihəsi çərçivəsində müəyyən olunaraq Milli Kitabxanaya gətirilən  Azərbaycan ədəbiyyatının klassiklərindən Nizaminin, Nəsiminin, Füzulinin və digər Azərbaycanın müdrik şəxsiyyətlərinin qiymətli əlyazmalarının nüsxələrinin nümayiş olunduğunu söyləyib.

Qeyd edək ki, Milli Kitabxananın əməkdaşları tərəfindən "Milli-mənəvi dəyərlərin Vətənə qayıdışı" layihəsi üzrə Azərbaycana  gətirilmiş klassiklərimizin əlyazmalarının elektron nüsxələridən ibarət “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” adlı elektron məlumat bazası da yaradılıb.

icon

Foto qalereya