07-05-2026
10 May - Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin doğum günüdür.
Milli Kitabxanada bu tarixi gün münasibətilə “Ümummilli lider Heydər Əliyev” adlı virtual və “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə Ulu Öndər haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən dövrü mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar, Azərbaycan və digər dillərdə nəşr olunmuş kitablar nümayiş olunur. Virtual sərgidə təqdim olunan materiallar tam mətnləri ilə verilib.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Umummilli_lider_Heyder_Eliyevin_dogum_gunu/index.htm linkindən istifadə edə bilər.
Ənənəvi kitab sərgisində Ulu Öndərin həyat yolundan, ictimai, siyasi fəaliyyətindən bəhs edən kitablar, fotoalbomlar və s. müxtəlif materiallar Azərbaycan və xarici dillərdə nümayiş olunur.