close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “9 noyabr - Azərbaycan Respublikası Dövlət Bayrağı Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

09-11-2025

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət Bayrağı Günü Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Bu tarixi gün münasibətilə Milli Kitabxanada “9 noyabr - Azərbaycan Respublikası Dövlət Bayrağı Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Virtual sərgidə Dövlət Bayrağı Günü ilə bağlı rəsmi sənədlər, fotolar, üçrəngli bayrağımızın elan olunduğu gündən bu günə qədər keçdiyi yol və milli bayrağımızın bütöv Azərbaycan üzərində qürurla dalğalanmasından bəhs edən məqalələr, Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Dovlet_bayragi_gunu/index.htm linkindən istifadə edə bilərlər.

icon

Foto qalereya