close
icon E-kataloq və kitabxana

Belorus Respublikasının Prezident Kitabxanasının əməkdaşları Milli Kitabxanada olmuşlar

08-05-2019

May ayının 8-də Belorus Respublikasının Prezident Kitabxanasının Prezident iqamətgahı filialının müdiri Lıçaqina Tatyana Anatolyevna və Fondla işlər bölməsinin müdiri Mizavçova Natalya Pavlovna Milli Kitabxananın sosial-mədəni fəaliyyətləri ilə yaxından tanış olmaq və istifadəçilərə informasiya xidmətlərinin müasir metodları sahəsində təcrübə mübadiləsi aparmaq məqsədilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında olmuşlar.

Milli Kitabxananın Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova qonaqları qəbul edərək, onlarakitabxana, onun fəaliyyət istiqamətləri, zəngin fondu, eyni zamanda kitabxana proseslərinin avtomatlaşdırılması, elektron kataloq, virtual xidmət imkanları, oxuculara yaradılmış müasir informasiya xidməti haqqında geniş məlumat vermişdir.

Daha sonra Belorus Respublikasının Prezident Kitabxanasının əməkdaşları Milli Kitabxananın iş təcrübəsi ilə yaxından tanış olmaq üçün “Kitab fondlarının mühafizəsi”, “Oxuculara xidmət”, “Nadir kitablar və kitabxana muzeyi”, “Elektron resursların yaradılması”, “Not nəşrləri və səsyazmaları” və digər şöbələrdə olmuş, kitabxanada gedən yenidənqurma işləri ilə yaxından tanış olmuş, avtomatlaşdırılma prosesinin dünya kitabxanaları səviyyəsində olduğunu qeyd edərək bu işi yüksək qiymətləndirmişlər. Milli Kitabxananın Elektron kitabxanası qonaqlarda xoş təəssürat yaratmışdır.

Qonaqlar eyni zamanda Milli Kitabxananın nəzdində fəaliyyət göstərən, Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə layihəsi olan Açıq Kitabxanada olmuşlar.   Qonaqlarda onlarda xoş təəssürat yaradan bu layihənin yaranma tarixi ilə maraqlanmışlar. “Açıq Kitabxana” layihəsi haqqında qonaqlara ətraflı məlumat verilmişdir. Milli Kitabxananın Açıq Kitabxana layihəsini bəyənən qonaqlar Rəy və təkliflər dəftərinə öz ürək sözlərini yazmışlar.

Sonda qonaqlara “Azərbaycan Milli Kitabxanası – fotoalbom”, “Qobustan minilliklərin kitabı”, “Zərifə Əliyeva. Biblioqrafiya” və “Səməd Vurğun. Biblioqrafiya” adlı kitablar və Qara Qarayevin “Yeddi gözəl” əsərinin diski təqdim edilmişdir.

icon

Foto qalereya