close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Xalq şairi Bəxtiyar Vahabzadə” adlı Elektron məlumat bazasını virtual rejimdə təqdim etdi

14-08-2020

2020-ci ilin avqust ayının 16-da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar  Vahabzadənin anadan olmasının 95 illiyi tamam olur. Bu münasibətlə Milli Kitabxana tərəfindən “Xalq şairi Bəxtiyar Vahabzadə” adlı Elektron məlumat bazası virtual rejimdə təqdim olunmuşdur.

“Xalq şairi Bəxtiyar Vahabzadə” adlı Elektron məlumat bazası Rəsmi sənədlər, Həyat və yaradıcılığı, Həyat və  fəaliyyətinin əsas tarixləri, Görkəmli şəxslər şair  haqqında, Əsərləri, Sözləri Bəxtiyar Vahabzadənindir, Haqqında, Xatirəsinin əbədiləşdirilməsi, Fotoqalereya və Videoqalereya bölmələrindən ibarətdir.                                              Elektron məlumat bazası ilə http://anl.az/el/emb/b.vahabzade/index.html linki vasitəsilə tanış olmaq olar.