close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “3 Dekabr – Beynəlxalq Əlillər Günüdür” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

03-12-2021

1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü “Əlilliyi olan insanların Beynəlxalq günü” kimi qeyd olunması haqqında Bəyannamə qəbul edib. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.

Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası Heydər Əliyev tərəfindən qoyulub.

İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib.

Milli Kitabxananın əməkdaşları tərəfindən 3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqədar kitablar, məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/3_Dekabr_Beynelxalq_Eliller_Gunudur/index.htm linkindən istifadə edə bilərlər.