close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Beynəlxalq Musiqi Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

01-10-2021

1 oktyabr – Beynəlxalq Musiqi Günü kimi qeyd olunur. Bu tarix 1975-ci il oktyabrın 1-də UNESKO-nun qərarı ilə təsis edilib. Bu bayram hər il bütün dünyada ən yaxşı musiqiçi və incəsənət kollektivlərinin iştirak etdiyi möhtəşəm konsert proqramları ilə qeyd olunur.

Beynəlxalq Musiqi Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqədar kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_Musiqi_gunu/index.htm linkindən istifadə edə bilərlər.