21-09-2025
Bu gün, 21 sentyabr, Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1981-ci ildən etibarən bütün dünyada qeyd olunan bu gün sülhü, anlaşmanı və zorakılığın qarşısının alınmasını təbliğ etmək məqsədi daşıyır. İnsanları sülhə, sabitliyə, təhlükəsizliyə çağıran bu gün BMT-nin Nyu-Yorkdakı Baş qərargahında quraşdırılan “Sülh zəngi”nin çalınması ilə başlayır.
Milli Kitabxanada bu günlə əlaqədar “21 sentyabr - Beynəlxalq Sülh Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə Azərbaycan - Ermənistan - ABŞ Birgə Bəyannaməsi, Prezident İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası, Azərbaycanda cəmiyyətin gələcək inkişafı və sülhün qorunub saxlanılması və möhkəmləndirilməsi üçün atılan addımlar və s. mövzu haqqında dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_sulh_gunu/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə Ulu Öndər Heydər Əliyevin sülh strategiyası, inkişaf və sülh ideyaları, Prezident İlham Əliyevin sülh missiyası, ümumdünya sülh və inkişaf konsepsiyası, sülh, əmin-amanlıq, təhlükəsizlik, sabitlik və demokratiya və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.