Bişkekdə Azərbaycan mədəniyyətinin təntənəsi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20-25 aprel tarixlərində Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.
Aprelin 21-də Toktokul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti olub.
Gecədə hər iki ölkənin mədəniyyət nazirləri Adil Kərimli, Mirbek Mambataliyev, TÜRKSOY-un baş katibi Sultan Raev, digər rəsmilər, tanınmış mədəniyyət xadimləri və sənətsevərlər iştirak ediblər.
Qala konsertdən öncə nazirlər Adil Kərimli və Mirbek Mambataliyev çıxış edərək mədəniyyətin xalqlarımızın qardaşlığını daha da möhkəmləndirdiyini bildiriblər. Bu qəbildən mədəniyyət layihələrinin davamlı təşkilinin əhəmiyyəti vurğulanıb. Ətraflı:https://www.facebook.com/share/p/16NLXCxxjt/