close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Böyük qəzəl ustadı Əlağa Vahid” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olundu

01-10-2020

Azərbaycanın görkəmli qəzəl ustası Əlağa Vahidin xatirə günü ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Böyük qəzəl ustadı Əlağa Vahid” adlı virtual sərgi hazırlanıb.

Azərbaycan şeirinin müxtəlif növlərində, o cümlədən istər əruz, istərsə də heca vəznində eyni ustalıqla yazan Əlağa Vahid öz məharətini ayrı-ayrı mövzularda qələmə aldığı qəzəl və şeirlərinin nümunəsində dəfələrlə sübut etmişdir. Əlağa Vahidin qəzəllərində ana dilimizin gözəlliyi, özünəməxsusluğu əsas yer tutur. Qəzəlləri klassik şeirimizdə olan ərəb-fars sözlərindən xeyli dərəcədə təmizlənmiş, Azərbaycan türkcəsinin  şirinliyini  özündə yaşadan sözlərlə, ifadələrlə zəngindir.

Virtual sərgidə böyük qəzəlxanın həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu və haqqında yazılan kitablar, məqalələr təqdim olunub. Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Boyuk_qezel_ustadi_Elaga_Vahid/index.html linkindən istifadə edə bilərlər.