close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Cəbrayıl” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

05-10-2021

Cəbrayılın işğaldan azad edilməsindən 1 il ötür. Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib.

Bu tarixi gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Cəbrayıl” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqədar kitab və məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Cebrayil/index.htm linkindən istifadə edə bilərlər.