close
icon E-kataloq və kitabxana

“Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin himayəsi altında olan uşaqlar Azərbaycan Milli Kitabxanasında olublar

25-08-2026

Avqustun 25-də Azərbaycan Milli Kitabxanasında “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin himayəsi altında olan uşaqların ekskursiyası keçirilib. Ekskursiya çərçivəsində məktəblilərə kitabxananın zəngin fondu, xidmətləri və tarixi irsi  haqqında ətraflı məlumat verilib.

Şagirdlər kitabxananın Sərgi zalında nümayiş olunan kitab sərgiləri ilə tanış olub. Milli Kitabxananın “Nadir kitablar və kitabxana muzeyi” şöbəsində  qorunan əski çap kitabları, miniatür kitab kolleksiyası, eksponatlar ilə tanışlıq onlarda böyük maraq oyadıb. Kitabxananın Uşaq istirahət guşəsində şagirdlər müxtəlif hekayə və nağıl kitablarını mütaliə ediblər.

Sonda  ziyarətçilərə kitablar hədiyyə olunub. Qonaqlar maraqlı və eyni zamanda maarifləndirici ekskursiyanın təşkilinə görə minnətdarlığını bildiriblər və xatirə şəkilləri çəkilib.

icon

Foto qalereya