close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

31-01-2023

Yanvar  ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi də qoşuldu.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi (DFJD) tərəfindən “Qarabağa kitabla gedək” layihəsi üçün müxtəlif dillərdə 53 nüsxə kitab təqdim olunub. Bu kitabların müəllifləri təşkilatın rəhbəri, xaricdəki azərbaycanlı yazarlar, diplomatlar, diaspor üzvlərdir. Həmçinin, bu kitabların müəllifləri arasında Azərbaycanın əcnəbi dostları da var.