close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “17 noyabr - Milli Dirçəliş Günü” adlı ənənəvi kitab sərgisi açılıb

15-11-2025

Noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr - Milli Dirçəliş Günü ölkəmizin müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

Bu tarixi gün münasibətilə Milli Kitabxanada “17 noyabr - Milli Dirçəliş Günü”  adlı ənənəvi  geniş kitab sərgisi açılıb.

Sərgidə Azərbaycan xalqının azadlıq mübarizəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, ölkəmizin çoxəsrlik tarixi, milli oyanış və azadlıq hərəkatı, dövlətçilik ənənələrinin formalaşması, milli özünüdərk prosesləri, xalqımızın mənəvi dəyərləri, ərazi bütövlüyünün bərpası  və suverenliyin təmin olunması və s. mövzu ilə bağlı Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.

icon

Foto qalereya