close
icon E-kataloq və kitabxana

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Doha Beynəlxalq Kitab Sərgisinin müdiri Jassim Əhməd Əl -Buainain Azərbaycan Milli Kitabxanasının fonduna kitab hədiyyə edib

04-10-2025

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Doha Beynəlxalq Kitab Sərgisinin müdiri Jassim Əhməd Əl -Buainain Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirovla görüşüb.

​Jassim Əhməd Əl -Buainain Beynəlxalq Kitab Sərgisinin təşkili və Qətərin mədəniyyətinin bu sərgidə yüksək səviyyədə təmsil olunduğundan çox məmnun olduğunu vurğulayıb. Sərgi üçün xüsusi olaraq hazırlanan, ərəb dilindən Azərbaycan dilinə tərcümə olunan Qətər mədəniyyətini əks etdirən dəyərli kitabları Milli Kitabxanaya hədiyyə edib.

Milli Kitabxananın direktoru görüşdən məmnun olduğunu bildirib, iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafının genişləndiyini vurğulayıb, bu sahədə kitabxanaların rolunu, beynəlxalq kitab sərgilərində və müxtəlif tədbirlərdə iştirakını qeyd edib. Direktor K.Tahirov Azərbaycana dair kitabları və Milli Kitabxananın fotoalbomunu qonağa hədiyyə edib.

icon

Foto qalereya