close
icon E-kataloq və kitabxana

E. Cəfərov 118 saylı tam orta məktəbin şagirdləri Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşlar.

01-06-2019

1 iyun 2019-ci il tarixində E. Cəfərov adına 118 saylı tam orta məktəbin IV ç sinf şagirdləri Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşlar.

Şagirdlər Milli Kitabxananın binası ilə tanış olmuş, iş prosesini izləmişlər.

Kitabxananın sərgi zalında yer almış  “Abbas Səhhət - 145”, “Yaddan çıxmaz Qarabağ” sərgisi ilə tanış olmuş və onlara maraqlı olan suallara cavab almışlar. Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan ən qədim kitablarla tanışlıq onlarda böyük maraq hissi oyatmışdır.

Sonda şagirdlər Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxana ilə tanış olmuşlar.

Sinif rəhbəri – Cəfərova Xəyalə  xanım şagirdlərin Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrılıqlarını xüsusi vurğulamış, gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmalarını arzulamışdır.

icon

Foto qalereya