close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Şair – tərcüməçi Əli Kərim” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

14-03-2026

14 mart 2026-cı il tarixində Milli Kitabxanada Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan görkəmli şair Əli Kərimin anadan olmasının 95 illik yubileyi münasibətilə “Şair – tərcüməçi Əli Kərim” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə şairlin şeirləri, poemaları, povestləri, müxtəlif hekayələri, pyesləri, tərcümələri, həyat və yaradıcılıqlarını əks etdirən ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları və dövri mətbuat materialları nümayiş olunur.

Əli Paşa oğlu Kərimov (Əli Kərim) 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçib, III kursdan Moskvada, M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirib və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.

"Təzə müəllim" adlı İlk mətbu əsəri 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində, "İki sevgili" adlı ilk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibətilə Moskvada rus dilində çap olub.

Bu dövrdən fəal ədəbi yaradıcılıqla məşğul olan şairin ardıcıl olaraq “İki sevgi” (1960), “Həmişə səfərdə” (1963), “Qızıl qanad” (1965), “Qaytar ana borcunu” (1970), “Uşaqlar və ulduzlar” (1971) “Səfərdən sonra” (1972), “Tənbəl ayı balası” (1973), “Seçilmiş əsərləri. I cild” (1974, 1991, 2012, 2013), “Seçilmiş əsərləri. II cild” (1975, 1991, 2012, 2014), “Pillələr” (1978, 1987), “Gül və çörək” (1978), “Qız və kəpənək” (1979), “Qayıt” (1983), “Mavi nəğmənin sahilində” (1991), “Neyləyim, şeirlə dərd söyləyirəm” (1999), “Nə xoşbəxt imişəm bir zaman, Allah!” (2015), “Metronun yaylı qapıları” (2019) və s. kitabları nəşr edilib, şeirlərinə nəğmələr bəstələnilib.

Yaradıcılığı haqqında bir çox monoqrafiyalar və məqalələr dərc olunub.

icon

Foto qalereya