close
icon E-kataloq və kitabxana

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev – 75

21-11-2025

Milli Kitabxanada milli musiqimizdə mahnı janrının inkişafında dərin iz qoymuş  görkəmli bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin anadan olmasının 75 illiyi münasibətilə “Əməkdar incəsənət xadimi Cavanşir Quliyev – 75” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə bəstəkar Cavanşir Quliyevin musiqi əsərləri, tərtıbçi və redaktor olduğu, rəy verdiyi musiqi və incəsənət məktəbləri üçün dərsliklər, monoqrafiyalar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, əsərlərinin əsasında aparılmış elmi tədqiqatlar və s. dövri mətbuat materialları nümayiş olunur.

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə doğulub.

Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. O, Azərbaycanın müstəqilliyini, azadlıq və hərbi ruhunu ifadə edən sözlərə zövqlü musiqilər bəstəlyib.

Bəstəkar Cavanşir Quliyev iki operettanın, dörd simfoniyanın, 1000-ə yaxın mahnının, müxtəlif həcmdə kamera-instrumental və xor musiqisinin müəllifidir. 300-ə yaxın teatr və televiziya tamaşalarına, 8 bədii və 25 sənədli filmə musiqilər yazıb.

O, bir çox yerli və beynəlxalq mükafatlara, o cümlədən 1992-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına, 2015-ci ildə "Sübhün səfiri" filminə görə "Ən yaxşı orijinal musiqi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülüb.

icon

Foto qalereya