close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Füzuli – İşğaldan azad olundu!” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

17-10-2021

Füzulinin işğaldan azad edilməsindən 1 il ötür. Keçən il Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 17-də Füzuli tam olaraq erməni işğalından azad olundu.

Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər mailli düzənlik sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Bu tarixi gün münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Füzuli – İşğaldan azad olundu!” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqədar kitab və məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Fuzuli/index.htm linkindən istifadə edə bilərlər.