close
icon E-kataloq və kitabxana

Gənclik İstək liseyinin 4a və 4b sinif şagirdləri Azərbaycan Milli Kitabxanasında

26-01-2018

26 yanvar 2018-ci il tarixində Gənclik İstək liseyinin 4a və 4b sinif şagirdləri Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşlar.

Şagirdlər Milli Kitabxananın binası ilə tanış olmuş, iş prosesini izləmişdilər. Kitabxananın sərgi zalında yer almış “Yeni kitablar” sərgisi, “Yaddan çıxmaz Qarabağ” sərgisi ilə tanış olmuş və onlara maraqlı olan suallara cavab almışlar. Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan ən qədim kitablarla tanışlıq onlarda böyük maraq hissi oyatmışdır.

Kitabxananın Not nəşrləri və səsyazmalari söbəsi ilə tanışlıqdan böyük həzz almış, Azərbaycan uşaq bəstəkarlarının - Qənbər Hüseynlinin “Cücələrim” uşaq mahnısını, Tofiq Quliyev , Fikrət Əmirovun mahnılarını dinləmişlər.

Sonda şagirdlər Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxana ilə tanış olmuşlar.

Müəllimələr - Alıyeva Tereza xanım və Məmmədzadə Fəridə xanım şagirdlərin Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrılıqlarını xüsusi vurğulamış, gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmalarını arzulamışlar.