close
icon E-kataloq və kitabxana

Görkəmli rəssam Mirzə Qədim İrəvaninin irsi Bişkekdə sərgidə təqdim olunur

21-04-2025

Qırğızıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində aprelin 21-də Qırğızıstan Milli İncəsənət Muzeyində “Sənət incilərində yaşayan Azərbaycan milli irsi” adlı sərgi açılıb.

Sərgi XIX əsr Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış görkəmli rəssam Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illik yubileyinə həsr olunub. Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 14 fevral 2025-ci il tarixində rəssamın 200 illiyinin olunması haqqında Sərəncam imzalanıb. Ətraflı: https://www.facebook.com/share/p/14FPiQmAAC1/