close
icon E-kataloq və kitabxana

Gürcüstan Milli Parlament Kitabxansının direktoru Georgi Kekelidze və Elektron resurslar üzrə direktor müavini Levan Taktakişvili Azərbaycan Milli Kitabxansında olmuşlar

17-03-2015

Gürcüstan Milli Parlament Kitabxansının direktoru Georgi Kekelidze və Elektron resurslar üzrə direktor müavini Levan Taktakişvili mart ayının 17-də Azərbaycan Milli Kitabxansında olmuşlar.

Qonaqları kitabxananın direktoru professor Kərim Tahirov qəbul etmişdir.  Gürcüstan Milli Parlament Kitabxansının direktoru Georgi Kekelidze son bir il ərzində Gürcüstan Milli Parlament Kitabxanasında baş verən yeniliklərdən danışmışdır. K.Tahirovun sualına cavab olaraq  G.Kekelidze bildirmişdir ki, kitabxana Sierra avtomatlaşdırılmış kitabxana sistemi əsasında işləyir.

Görüşdə məqsəd Azərbaycan Milli Kitabxansı və Gürcüstan Milli Parlament Kitabxanası arasında bağlanmış ikitərəfli qarşılıqlı əməkdaşlıq haqqında Memorandumun şərtlərinə müvafiq olaraq elektron kitab mübadiləsinin həyata keçirilməsi idi. Bu mübadilə hər iki ölkənin milli kitabxanalarının fondunun zənginləşməsinə səbəb olacaq, kitabların təkrar surətinin çəkilməsinin, vaxt və əmək itkisinin, əlavə maddi xərclərin qarşısını alacaq. Söhbət əsnasında Memoranduma əlavə olaraq bu proseslərin həyata keçirilməsi üçün qarşılıqlı razılaşma əsasında Müqavilə hazırlanması və Tbilisidə imzalanması qərara alınmışdır.

Qonaqlar Milli Kitabxanada tətbiq olunan VTLS-Virtua proqramı ilə yaxından tanış oldular.