close
icon E-kataloq və kitabxana

Özbəkistan Milli Universitetinin professoru Hamidulla Boltaboyev və Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı İnstitutunun prorektoru, professor İnomjon Azimov Milli Kitabxananın qonağı olub

03-07-2026

3 iyul tarixində Özbəkistan Milli Universitetinin professoru Hamidulla Boltaboyev və  Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı İnstitutunun prorektoru, professor İnomjon Azimov Milli Kitabxananın qonağı olub.

Qonaları Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qarşılayıb.

Görüş zamanı qonaqlara Milli Kitabxananın fəaliyyəti, zəngin kitabxana fondu, rəqəmsal resursları və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə geniş məlumat verilib. Daha sonra tərəflər Azərbaycan və Özbəkistan arasında elmi-mədəni əlaqələrin inkişafı, ortaq türkoloji irsin tədqiqi, ədəbiyyatşünaslıq sahəsində aparılan araşdırmalar və kitabxanalararası əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Professor Hamidulla Boltaboyev və  İnomjon Azimova Milli Kitabxananın zəngin fondu və burada yaradılan müasir informasiya mühiti ilə tanışlığından məmnunluğunu ifadə edib, kitabxanalar arasında əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini vurğulayıb.

Sonda Hamidulla Boltaboyev müəllifi olduğu kitabları Milli Kitabxananın fonduna hədiyyə edib və Milli Kitabxananın direktoru   “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitabını qonaqlara bağışlayıb.

 

icon

Foto qalereya