close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Həmid Abbas - 90” adlı ənənəvi kitab sərgisi açılıb

10-10-2025

Milli Kitabxanada Əməkdar incəsənət xadimi, şair, jurnalist, tərcüməçi Həmid Abbasın anadan olmasının 90 illik yubileyi ilə əlaqədar “Əməkdar incəsənət xadimi Həmid Abbas - 90” adlı ənənəvi kitab sərgisi açılıb.

Sərgidə müəllifin əsərləri, tərcümələri, həyat və yaradıcılığı haqqında və s. kitablar nümayiş olunur.

Qeyd edək ki, Həmid Abbas (Həmid Məmmədəli oğlu Abbasov) 10 oktyabr 1935-ci ildə Ağstafada anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Filologiya fakültəsindən məzun olub. Əmək fəaliyyətinə 1960-cı ildə tərcüməçilik edərək başlasa da səyyar müxbirlik, redaktorluk kimi vəzifələrdə də çalışıb.

Həmid Abbas ədəbiyyata ötən əsrin 50-ci illərində gəlib. Onun ilk əsəri 1957-ci ildə “Sovet Ermənistanı” (Azərbaycan dilində)  qəzetində dərc edilən “Dilican” adlı şeiri olub. Daha sonra “Gəncliyin səsi” adlı ədəbi külliyətdə və müxtəlif mətbuat orqanlarında şeirləri yayımlanıb.

Şairin “Tarla qızları” adlı ilk şeir kitabı Abbas Həmid imzası ilə işıq üzü görüb. Müxtəlif illərdə isə “Ömrün elə çağıdır ki”, “Ürəyə toxunma”, “Günahım olsa”, “Dinlədi nəğməmi sirdaşım mənim”, “Nər igidlər, alov saçın”, “Şuşa həsrəti, türk həqiqəti”, “Gözüm səni axtarır” və digər kitabları nəşr olunub.

icon

Foto qalereya