close
icon E-kataloq və kitabxana

Heydər Əliyev adına Hərbi İnstitutun kursantları Azərbaycan Milli Kitabxanasında olublar

22-02-2023

Fevralın 22-də Heydər Əliyev adına Hərbi İnstitutun Quru qoşunları, Hava hücumundan müdafiə və Hərbi dəniz qüvvələri fakültələrinin II kurs kursantları Azərbaycan Milli Kitabxanasında  olublar.

İlk öncə kursantlara Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş guşə haqqında məlumat verilib. Kursantlar kitabxananın binası, fondu, elektron kataloq, elektron kitabxanadan istifadə qaydaları haqqında məlumat alıblar. Onlar Milli Kitabxanaya üzv olaraq oxucu kartı əldə ediblər.

Kursantlar həmçinin 2023-cü il – “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi, Nadir kitablar və kitabxana muzeyi şöbəsi, Beynəlxalq əməkdaşlıq zalı, Not nəşrləri və səsyazmaları şöbələri ilə də tanış olublar.

Kursantlara rəhbərlik edən Heydər Əliyev adına Hərbi İnstitutun mülki işçisi Məzahir Tahirov təşkilatçılığa görə Milli Kitabxananın rəhbərliyinə dərin minnətdarlığını bildirib. Sonda isə xatirə şəkli çəkilib.

icon

Foto qalereya