close
icon E-kataloq və kitabxana

Heydər Əliyev adına Hərbi İnstitutun Quru qoşunları fakültəsinin kursantları Azərbaycan Milli Kitabxanasında olublar

11-07-2023

İyulun 11-də Heydər Əliyev adına Hərbi İnstitutun Quru qoşunları fakültəsinin I kurs kursantları kurator leytenant Əhməd Əhmədovun rəhbərliyi ilə Azərbaycan Milli Kitabxanasında olublar.

Kursantlar Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş guşə ilə tanışlıqdan sonra kitabxananın zəngin tarixi, kitabxananın binası və fondu, elektron kataloq, elektron kitabxanadan istifadə qaydaları haqqında məlumat alıblar.

Kursantlar həmçinin 2023-cü il – “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi, Tələbə gənclər zalı , Nadir kitablar və kitabxana muzeyi şöbəsi ilə tanış olublar.

Sonda xatirə şəkli çəkilib.

icon

Foto qalereya