close
icon E-kataloq və kitabxana

“Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda dəyirmi masa

18-10-2017

Oktyabr ayının 18-də Milli Kitabxanada Azərbaycanın müstəqilliyinin 26-cı ildönümünə və Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə hərs olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açmışdır. Bir dəqiqəlik sükutla ümummilli liderin xatirəsi yad edilmişdir. Sonra K.Tahirov çıxış edərək ümummilli lider Heydər Əliyev cənablarının müasir Azərbaycan dövlətçiliyinin əsasını yaradan tarixi şəxsiyyət, nüfuzlu rəhbər olmasından, məhz onun səyi nəticəsində müasir Azərbaycan dövlətinin qurulmasından, müstəqilliyin əbədi və dönməz xarakter almasından, ümummilli liderin müəyyənləşdirdiyi inkişaf yolunun onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, bu gün hər bir azərbaycanlının fəxrlə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” deməsindən, ulu öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı xidmətlərindən biri kimi Yeni Azərbaycan Partiyasını yaratmasından danışdı və YAP-ın yaradilmasinin 25 illiyi münasibətilə partiya üzvlərini təbrik etdi.

Yeni Azərbaycan Partiyasının Səbail Rayon təşkilatının sədri, Milli Məclisin üzvü Şəmsəddin Hacıyev müstəqilliyin tarixindən və dəyərindən, YAP-ın yaranma tarixindən, ümummilli liderin siyasi fəaliyyətinin bütün mərhələlərindən ətraflı danışdı.

Çıxışçılar: Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü, siyasi elmlər doktoru, professor Hadı Rəcəbli və b. Azərbaycanın mövcudluğunun qorunub saxlanması, inkişafı, respublikada sabitlik və həmrəyliyin, tolerantlığın təmin olunmasının xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olmasından, onun Azərbaycanda dövlətçilik məktəbi yaratmasından, müasir Azərbaycanın bu gün demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləməsindən və s. danışdılar.

Milli Kitabxananın partiyaya daxil olmuş əməkdaşlarına üzvlük vəsiqələri təqdim olundu.

Tədbir iştirakçılar “Heydər Əliyev və müasir Azərbaycan” adlı geniş kitab sərgisi ilə tanış oldular.