close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Azərbaycan Respublikasının Prezidenti – İlham Əliyev” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

24-12-2021

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.

Ali Baş Komandan 2003-cü ildə ilk dəfə dövlət başçısı seçiləndə Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik dəyərlərini uca tutaraq bəyan etdiyi böyük hədəflərə çatmaq üçün həm beynəlxalq miqyasda, həm də ölkə daxilində ardıcıl siyasət həyata keçirib.

Cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmiz qısa müddət ərzində böyük tarixi yol qət etmiş, möhtəşəm uğurlar qazanmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Azərbaycan ərazilərini erməni işğalçılarından azad edib. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda indi üçrəngli bayrağımız dalğalanır.

Ölkəmizdə həyata keçirilən sosial siyasət hər bir vətəndaşın həyat səviyyəsinin yüksəlməsinə, Azərbaycanın sosial dövlət kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafında böyük xidmətləri ölkəmizin hər bir vətəndaşı üçün qiymətlidir.

Möhtərəm Prezidentimizin 60 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycan Respublikasının Prezidenti – İlham Əliyev” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışları, haqqında kitablar, fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ilham_Eliyev/index.htm linkindən istifadə edə bilərlər.

Azərbaycan Milli Kitabxanasının kollektivi xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi, müstəqil Azərbaycanımızı daha xoşbəxt gələcəyə inamla aparan möhtərəm Prezidentimiz İlham Əliyev cənablarını yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və Vətən naminə xidmətlərində bundan sonra da yorulmaz fəaliyyət arzulayır.