close
icon E-kataloq və kitabxana

İyul ayının 10-da Milli Kitabxanada “Azərbaycan mətbuatı və milli mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilmişdir.

10-07-2015

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına müvafiq olaraq iyul ayının 10-da Milli Kitabxanada Prezidenti Administrasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının təşkilatçılığı ilə “Azərbaycan mətbuatı və milli mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə “Azərbaycan Milli Mətbuatı-140” adlı geniş kitab sərgisi ilə tanış olmuşlar. Sərgidə milli mətbuatımızın əsasını qoyan “Əkinçi” qəzeti,  ilk mətbu nəşrlərimiz: “Molla Nəsrəddin”, “İqbal”, “Kəşkül”, “Tuti”, “Yeni həyat”, “Babayi Əmir” “İnqilab və mədəniyyət”, “Şəlalə”, “Şəqr qadını” “Ziya”, “Təkamül”, “Kaspi”, “Nicat”, “Məzəli”, “Açıq söz”, “Həyat” və s.,  milli mətbuatın yaranmasında əvəzsiz xidmətləri olan H.Zərdabi, F.Köçərli, M.F.Axundov, N.Vəzirov, M.Ə.Sabir, Ü.Hacıbəyov, C.Məmmədquluzadə, S.Ə.Şirvani və başqalarının həyat və yaradıcılığını özündə əks etdirən kitablar nümayiş olunmuşdur. Sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Konfransda  Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mətbuat Şurasının “Milli rəqslərimiz milli dəyərimizdir” mövzusundakı müsabiqəsinin qalibləri və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir neçə jurnalist mükafatlandırılmışdır.