close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

09-03-2021

Mart ayının 9-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına “3№-li Bakı Mətbəəsi” ASC də qoşuldu.

“3№-li Bakı Mətbəəsi” ASC Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə təşəbbüsü ilə həyata keçirilən kitabtoplama kampaniyasına dəstək verərək, nəşr etdiyi 375 nüsxə kitabını işğalından azad olunan bölgələrdəki kitabxanaların fondu üçün hədiyyə etdi.