close
icon E-kataloq və kitabxana

Milli Kitabxana tərəfindən “Kitabxana resurslarının elektron kataloqlaşdırılması: MARC 21 formatı əsasında biblioqrafik yazının yaradılması texnologiyası” mövzusunda onlayn seminar keçirilib

03-07-2026

3 iyul tarixində Azərbaycan Milli Kitabxanası tərəfindən “Kitabxana resurslarının elektron kataloqlaşdırılması: MARC 21 formatı əsasında biblioqrafik yazının yaradılması texnologiyası” mövzusunda onlayn seminar keçirilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən kitabxanaların iştirakı ilə keçirilən seminarın əsas məqsədi kitabxana mütəxəssislərinin elektron kataloqlaşdırma sahəsində nəzəri bilik və praktiki bacarıqlarının artırılması, beynəlxalq biblioqrafik standartlardan biri olan MARC 21 formatının strukturu, elementləri və tətbiq prinsipləri barədə iştirakçıların məlumatlandırılması, eləcə də kitabxana resurslarının Koha Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemində vahid standartlar əsasında düzgün və keyfiyyətli biblioqrafik təsvirinin hazırlanması texnologiyasının öyrədilməsidir. Seminarda biblioqrafik yazının yaradılması prosesinin əsas mərhələləri, məlumat sahələrinin kodlaşdırılması prinsipləri və elektron kataloqların formalaşdırılmasında beynəlxalq təcrübənin tətbiqi məsələləri nəzərdən keçirilib, eyni zamanda müzakirələr olub, mövcud problemlər müəyyənləşdirilib və onların həlli istiqamətində metodik tövsiyələr verilib, iştirakçıların sualları ətraflı cavablandırılıb.

 

 

icon

Foto qalereya