02-10-2025
Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Luis Fernando Kuartas Ayala və Kolumbiyalı yazıçılar Milli Kitabxananın qonağı olublar. Qonaqları Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qəbul edib.
Qonaqları salamlayan direktor onları Azərbaycan Milli Kitabxanasında görməkdən məmnun olduğunu bildirib. O, Milli Kitabxananın elmi və mədəni fəaliyyəti, zəngin fondu, oxucu auditoriyası, həyata keçirdiyi layihələr və qarşılıqlı əməkdaşlıq əlaqələri haqqında məlumat verərək, Azərbaycanın Kolumbiya Respublikası ilə yaxın münasibətlərinin mövcud olduğunu söyləyib.
Səfir Luis Fernando Kuartas Ayala səmimi qəbula görə təşəkkürünü bildirib. Daha sonra qonaqlar kitabxana ilə tanış olublar.
Sonda direktor prof. Kərim Tahirov Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu qonaqlara hədiyyə edib. Kolumbiyalı yazıçılar isə öz kitablarını Milli Kitabxananın fonduna hədiyyə ediblər.