close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş daimi kitab guşəsinin açılış mərasimi olub

30-01-2025

Yanvarın 30-da Milli Kitabxanada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş daimi kitab guşəsinin açılış mərasimi olub.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimində çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi haqqında məlumat verib.

Tədbirdə çıxış edən Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova bu il müasir Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünün tamam olacağını bildirib. Diqqətə çatdırıb ki, Milli Kitabxanada bu il "Konstitusiya və Suverenlik ili" ilə əlaqədar maarifləndirici və təbliğat xarakterli bir sıra tədbirlər təşkil ediləcək.                                           

Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” adlı daimi kitab sərgisində  müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin dahi siyasəti, müasir müstəqil Azərbaycan dövlətinin qurulması, dövlətin əsas qanunu - Azərbaycan Respublikasının Konstitusiyası haqqında, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, dövlət başçımızın müdrik və uzaqgörən siyasəti və s. mövzulardan bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi ilboyu mütəmadi yenilənərək davam edəcək.

Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Konstitusiya və Suverenlik İli” adlı virtual sərginin də təqdimatı olub.

Virtual sərgidə rəsmi sənədlər, fotolar, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti, Ulu Öndərin Şah əsəri - Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ərazı bütövlüyünün və suverenliyinin tam bərpa olunması haqqında və s. dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərində ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/2025-Konstitusiya_ve_Suverenlik_Ili/index.htm linkindən istifadə edə bilərlər. 

icon

Foto qalereya