close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xalq şairi Məmməd Araz-90” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olundu

11-10-2023

Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadı olmuşdur. Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirləri ilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngi idi. Bu görkəmli şair həm də milli azadlıq ideayalı əsərləri ilə istiqlal şairi olaraq əbədi şöhrət qazanmışdır.

Oktyabr ayının 11-də Milli Kitabxanada “Xalq şairi Məmməd Araz-90” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunmuşdur.

Sərgidə Məmməd Arazın əsərləri, redaktoru olduğu, ön söz yazdığı, tərcümə etdiyi kitablar, şair haqqında yazılan kitablar, sözlərinə bəstələnmiş mahnıların not məcmuələri nümayiş olunur.

Sərgi 1 həftə davam edəcəkdir.

icon

Foto qalereya