close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Türk dünyası ədəbiyyatı (TÜRKSOY-un 30 illiyinə həsr olunur)” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olundu

15-10-2023

      Bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 ili tamam olur. 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.

Azərbaycan təşkilatın fəaliyyətində yaxından iştirak edir. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Təşkilatın “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi bu il ikinci dəfə Azərbaycanda reallaşır. 2016-cı ildə bu adı Şəki şəhəri daşımışdı. 2023-cü ildə də “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını Şuşa şəhəri davam etdirir.

Oktyabr ayının 15-də Azərbaycan Milli Kitabxanasında “Türk dünyası ədəbiyyatı (TÜRKSOY-un yaradılmasının 30 illiyinə həsr olunur) adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olundu.

Sərgidə Milli Kitabxananın fondundan TÜRKSOY-a üzv olan 6 ölkənin Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın kitabları, TÜRKSOY-un nəşrləri nümayiş olunur.

Sərgi 1 həftə davam edəcəkdir.

icon

Foto qalereya