close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “20 Yanvar” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

19-01-2023

 

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən 20 Yanvar hadisəsinin 33-cü ildönümünə həsr edilən  “20 Yanvar” adlı virtual sərgi hazırlanaraq “online” rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin yanvarın 20-də baş verən hadisələr haqqında fikirləri, fotolar, kitablar, eləcə də mövzu haqqında dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur. 

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/20_Yanvar_Qan_yaddasimiz/index.htm linkindən istifadə edə bilərlər.