close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü” adlı virtual sərgi və “26 iyun – Milli Silahlı Qüvvələr Günü” adlı ənənəvi sərgi istifadəçilərə təqdim olunub

25-06-2023

26 İyun – Azərbaycan Silahlı Qüvvələr Günüdür. Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının Ulu Öndəri, zəmanəmizin nadir şəxsiyyəti, bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır.

44 günlük Vətən müharibəsi xalqın öz ordusuna inamının, sevgisinin nümayişi, Azərbaycan hərbçisinin rəşadəti, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsinin ifadəsidir.

Bu tarixi gün münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü” adlı virtual sərgi və “26 iyun – Milli Silahlı Qüvvələr Günü” adlı ənənəvi sərgi istifadəçilərə təqdim olunub

Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Milli Ordumuz ilə bağlı fikirləri, fotolar, mövzu ilə əlaqədar kitab və məqalər, ənənəvi sərgidə isə mövzu ilə əlaqədar Milli Kitabxananın fondunda mühafizə olunan kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq http://anl.az/el/vsb/26_Iyun_Azerbaycan_Silahli_Quvveler_Gunu/index.htm    istəyənlər linkindən istifadə edə bilərlər.

icon

Foto qalereya