close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda kitab sərgisi açılmışdır

29-03-2019

Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanına əsasən hər il 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilir. Bu məqsədlə mart ayının 29-da Azərbaycan Milli Kitabxanasında “31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda geniş kitab sərgisi açılmışdır.
Sərgidə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri əks etdirən 300-dən artıq Azərbaycan və digər dillərdə nəşr olunmuş kitablar, dövri mətbuat materialları, foto-şəkillər nümayiş olunmuşdur. Sərgi geniş oxucu kütləsinin marağına səbəb olmuş, Azərbaycan Dillər Universitetinin tələbələri, universitetin müəllimləri – Alman Akademik Mübadilə Xidmətinin nümayəndəsi Mara-Liza Sezer, Avstriya Akademik Mübadilə Xidmətinin nümayəndəsi Stefani Matser, Torsten Dalmatiner və digərləri sərgi ilə yaxından tanış olmuşlar. Sərgi iştirakçılarına erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım haqqında ətraflı məlumat verilmişdir. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətləri əks etdirən xarici dillərdə yazılmış kitablar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Sonda iştirakçılar sərginin qarşısında xatirə şəkli çəkdirmişlər.
Sərgi 1 həftə davam edəcək.