close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Azərbaycan Teatrı” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

28-03-2024

Azərbaycan peşəkar teatrı öz fəaliyyətinə M.F.Axundovun beş ölməz komediyası ilə başlayıb. 1873-cü il mart ayının 10-da (köhnə stillə 22-də) Həsən bəy Zərdabinin və Nəcəf bəy Vəzirovun təşəbbüsü və iştirakı ilə Bakıda ilk tamaşa-Mirzə Fətəli Axundovun «Lənkəran xanının vəziri» komediyası realnı məktəbin tələbələri tərəfindən göstərilib. Yarandığı ilk gündən realist zəmində inkişaf etməyə başlayan, yüksək ideyalılıq mövqeyində duran, bəşəri fikirlər mənbəyinə çevrilən Azərbaycan teatrı bu əsas üzərində də üslub, forma və metod mükəmməlliyi qazanıb.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycan Teatrı” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub. Elektron məlumat bazasında Azərbaycan Teatrının tarixi, Milli Dram Teatrının banisi, Teatr sənəti haqqında fikirlər, Azərbaycan Teatrları, Teatr nəşrlərdə və s. özündə əks etdirən materiallar nümayiş olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/TEATR/index.html linkindən istifadə edə bilərlər.

icon

Foto qalereya