close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Biblioqrafiyaşünas alim İsmayılova Sima” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

24-11-2025

Milli Kitabxanada biblioqrafiyaşünas alim Sima İsmayılovanın həyat və fəaliyyətinə həsr olunmuş “Biblioqrafiyaşünas alim İsmayılova Sima” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə biblioqrafiyaşünas alimin müəllifi olduğu dərs vəsaitəri, elmi araşdırmaları, rəy verdiyi kitablar, eləcə də elmi məcmuələrdə dərc olunan məqalələri nümayiş olunur.

BDU-nun Sənəd menecmenti kafedrasının dosenti, biblioqrafiyaşünas alim İsmayılova Sima Paşa qızı 23 noyabr 1955-ci ildə Qazax rayonunda anadan olub. 1972-ci ildə Sumqayıt şəhər 17 saylı məktəbi bitirib, 1973-1978-ci illərdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində təhsil alıb.

2012-ci ildə "Azərbaycanda ədəbiyyatşünaslıq sahəsində mütəxəssislərin biblioqrafik informasiya təminatı sisteminin vəziyyəti və təkmilləşdirilməsi yolları (1965-2000-ci illər) dissertasiya işini müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

50-dən artıq elmi əsərin, o cümlədən "Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslıq üzrə sənəd kütləsi biblioqrafiyalaşdırma obyekti kimi", "Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslıq biblioqrafiyası", "Ədəbiyyatşünaslıq biblioqrafiyasının müasir vəziyyəti və perspektivləri", "Ədəbiyyatşünaslıq biblioqrafiyasının soraq-məlumat nəşrləri", "Mirzə Fətəli Axundzadə - 200": Biblioqrafik göstərici və s. monoqrafiya, dərs vəsaiti, fənn proqramı, metodik vəsait, tezis və məqalələrin müəllifidir.

Sima İsmayılova 27 dekabr 2012-ci ildə BDU-nun "Fəxri Fərmanı” ilə, 25 noyabr 1919-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə "Tərəqqi” medalı ilə təltif edilib.